UNEC Dizayn məktəbinin təşkilatçılığı ilə COP 29 çərçivəsində “İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda ekoloji maarifləndirmə tədbiri keçirilib.
Məktəbinin direktoru dos. Lalə Məmmədova tədbirdə çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsinin mahiyyətindən bəhs edərək, 30 ilə yaxın müddətdə erməni vandalları tərəfindən işğal altında olmuş ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni fəaliyyət və təbii ehtiyatların istismarı və ekoloji terror haqqında məlumat verib.
“Dizayn” kafedrasının müdiri dos. Elfanə Qasımova və kafedranın müəllimi müəllimi Nərminə Namazova isə bu il respublikamızda keçiriləcək COP 29 konfransının əsas məqsədi, qlobal və lokal miqyasda ekoloji tarazlığın qorunması barədə danışaraq, Ermənistanın uzun illər Azərbaycanın işğal olunmuş ərazilərində ətraf mühitə və təbii resurslara vurduğu zərərdən söz açıblar.