A

UNEC Dizayn Məktəbinin təşkilatçılığı ilə  “Narkomaniya və onunla mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri UNEC Dizayn məktəbinin direktoru dosent Lalə Məmmədova açaraq, qeyd edib ki, müasir dövrdə narkomaniya bütün dünyada narahatlıq doğuran qlobal  problem kimi bəşəriyyətin qarşısında durmaqdadır. Təəssüf ki, narkomaniya respublikamızda da ciddi problem olaraq qalmaqdadır. Bu dəhşətli bəlaya qarşı ayrı-ayrı dövlət strukturları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə sistemi birgə mübarizə aparmaqla onun yayılmasının və kütləvi xarakter kəsb etməsinin qarşısını ala bilər.

Dizayn kafedrasının müdiri dosent Elfanə Qasımova sağlam həyat tərzinin təbliği, gənclərin dövlətçiliyə sadiq layiqli vətəndaşlar kimi tərbiyə olunması Azərbaycan Respublikasında həyata keçirilən dövlət gənclər siyasətinin prioritet vəzifələrindən birini təşkil etdiyini və gənclər arasında zərərli vərdişlərin profilaktikası sahəsində maarifləndirmə tədbirlərinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tədbirin sonunda UNEC Dizayn məktəbinin tələbəsi Aişə Mustafayeva təqdimatla çıxış edib.

TOP XƏBƏRLƏR