A

UNEC-in Türk Dünyası İqtisad Fakültəsində Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş tədbir baş tutub.

Tədbirdə fakültənin dekan müavini Cavahirxanım Məmmədova çıxış edərək, Heydər Əliyevin istər Sovet İttifaqı dövründə, istərsə də müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycana rəhbərlik etdiyi zamanda ölkədə sabitliyin, iqtisadi inkişafın, enerji strategiyasının əsasının qoyulduğunu və Azərbaycanın beynəlxalq aləmdəki mövqelərinin möhkəmləndiyini vurğulayıb.

C.Məmmədova Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkənin davamlı inkişafı naminə əsasını qoyduğu bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

“İqtisadiyyat və İşlətmə” kafedrasının baş müəllimi Nəriman Xanəhmədov Heydər Əliyevin Türk dünyası ilə bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar, həmçinin, xalqımızın milli müqəddəratının həlli istiqamətindəki xidmətləri haqqında çıxış edib.

Sonda "Heydər Əliyev -101 il" adlı videoçarx nümayiş etdirilib.

TOP XƏBƏRLƏR