A

UNEC İnklüziv Təhsil Mərkəzi və “Psixosən” psixoloji dəstək platformasının birgə təşkilatçılığı ilə “PREGEN” layihəsi çərçivəsində ailə psixologiyası, evlilik və evlilik öncəsi hazırlıq təlimlərinin təqdimatı ilə bağlı maarifləndirici tədbirlər həyata keçirir.

İnklüziv Təhsil Mərkəzi ilə “Psixosən” psixoloji dəstək platforması arasında əməkdaşlıq çərçivəsində bu dəfəki görüş Mingəçevir Dövlət Universitetində  baş tutub.

Görüşün başlıca məqsədi gənclərə "Bir sevgi axtarışında" başlığı altında “ailə qurumu” anlayışını, cəmiyyət strukturunun gerçəkliklərini başa salmaq, ailə daxili münasibətlərin daha dərin məqamlar haqqında məlumatlandırmaq, uğurlu və sağlam təməllər üzərinə qurulmuş ailə modelinin həyatlarındakı önəmini xatırlatmaq olub.

UNEC İnklüziv Təhsil Mərkəzinin koordinatoru Sevinc Məhsimova, Psixosən şirkətinin təsisçiləri İntiqam Məmmədov və Murad Mirzəyev tələbələrə yeni həyata keçirilən layihənin detalları ilə bağlı ətraflı məlumat veriblər.

TOP XƏBƏRLƏR