A

UNEC-in tələbələri ilə “Veysəloğlu Qrup” MMC-nin departament rəhbəri arasında hibrid mühazirə təşkil edilib. UNEC ilə “Veysəloğlu Qrup” MMC aralarında imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsinin “Marketinq” departamentinin rəhbəri Ramil Ağayev Biznes və menecment fakültəsində dərsə hibrid formada qoşularaq mühazirə oxuyub.

Mühazirə COP-29 tədbirlər çərçivəsində “Yaşıl iqtisadiyyatın tədarük zəncirinin davamlı inkişafda rolu” və “Yaşıl iqtisadiyyatın xidmət sferasına təsiri mexanizmi” mövzuları ətrafında təşkil edilib.

Mühazirədə “Beynəlxalq ticarət və logistika” kafedrasının dosenti Pikəxanım Xudiyeva iştirak edib.

Mühazirə tələbələrlə diskussiya formasında davam etdirilib və onların sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR