A

UNEC-də “Sürətli oxu” müsabiqəsi keçirilib.

Müsabiqədə UNEC-in və Zaqatala filialının 50-yə yaxın tələbə və əməkdaşı iştirak edib.

Müsabiqə zamanı iştirakçılara təqdim olunan kitabı oxumaq üçün 1 dəqiqə vaxt verilib. Sonra hər bir iştirakçının 1 dəqiqə ərzində oxuduğu sözlərin sayı hesablanaraq, qaliblər müəyyən edilib və onlar “Sürətli oxucu” elan olunub.

Bütün fakültələrin tələbələrinin təmsil olunduğu müsabiqədə hər 3 yerin qalibi Rəqəmsal İqtisadiyyat fakültəsinin birinci kurs tələbələri olub. I yeri Nazilə Əlizadə, II yeri Ramil Zərbiyev, 3-cü yeri isə Ramizə Əhmədli qazanıb.

Qaliblərə sertifikatlar və mükafatın təqdim edilməsi nəzərdə tutulub.

TOP XƏBƏRLƏR