A

UNEC-in Biznes və menecment fakültəsində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində maarifləndirici seminar keçirilib.

Seminarın aktuallığına diqqət çəkən fakültənin dekanı Mirağa Əhmədov ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladıb. Dekan Azərbaycanda ekoloji tarazlığın və ətraf mühitin qorunması, o cümlədən iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində milli, regional, qlobal səviyyədə aparılan işlərə dövlətimizin dəstəyi və töhfəsindən söz açıb. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) ölkəmizdə keçiriləcəyini bildirən dos. Mirağa Əhmədov belə bir mötəbər və nüfuzlu tədbirin Bakıda baş tutmasının qlobal ictimaiyyətin Azərbaycana yüksək etimadı ilə yanaşı, həm də onun bu sahədə apardığı misilsiz xidmətlərlə bağlı olduğunu vurğulayıb.

Seminarda “Biznes və logistika” kafedrasının professoru Şəfa Quliyeva “Yaşıl liderlik konteksində korporativ mədəniyyətin formalaşdırılması” mövzusunda çıxış edib.

Məruzədən sonra müzakirələr davam edib, suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR