UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar olaraq “Qlobal iqlim dəyişmələrinin baş vermə səbəbləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə “İqtisadiyyat” kafedrasının müəllimi Aslan Əzimzadə çıxış edərək, son dövrlərin qlobal ekoloji problemlərdən biri olan iqlim dəyişmələri, bu dəyişikliklərin ölkə iqtisadiyyatına neqativ təsirləri, eləcə də bununla bağlı mübarizə sahəsində beynəlxalq və yerli səviyyədə həyata keçirilən tədbirlər barədə tələbələrə məlumat verib.
Sonda mövzu ilə bağlı sənədli film nümayiş etdirilib.