A

UNEC-in Türk Dünyası İqtisad Fakültəsində (TUDİFAK) sayca 4-cü dəfə təşkil olunan TUDİCUP turniri yekunlaşıb.  

1 müəllim, 7 məzun və 8 tələbə komandasının iştirak etdiyi turnirdə birincilik uğrunda “Beynəlxalq ticarət və logistika” ixtisası IV kurs  və “İqtisadiyyat” ixtisası III kurs komandaları qarşılaşaraq, “Beynəlxalq ticarət və logistika” ixtisası komamdasının 3-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da TUDİCUP 1024 turnirinin qalibi Beynəlxalq ticarət və logistika ixtisasının IV kurs tələbələri  olublar. II yerin sahibi isə “İqtisadiyyat” ixtisasının III kurs tələbələri olublar.

III yer uğrunda isə məzunlardan ibarət “Beynəlxalq münasibətlər” ixtisası üzrə 2012-ci il və “Biznesin idarə edilməsi” ixtisası üzrə 2017-ci il məzunlarından ibarət komandalar qarşılaşıb. Beynəlxalq münasibətlər ixtisası üzrə 2012-ci il komandası qələbə qazanaraq, III yerin qalibi olub.

Qeyd edək ki, turnirdə cəmi 120-dən artıq iştirakçı çıxış edib.

TOP XƏBƏRLƏR