A

Azərbaycanda kiçik biznesin inkişafına və əhalinin maliyyə xidmətlərinə əlçatanlığın artırılmasına dəstək verən ölkənin aparıcı bankı olan AccessBank QSC Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsin tələbələr üçün “AccessBank Günü” adlı karyera saatını təşkil edib.

Tədbiri giriş sözü ilə UNEC-in “Maliyyə və mühasibat” fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, AccessBank QSC-nin təşəbbüsünə yüksək qiymət verib və bu cür görüşlərin “Maliyyə” və “Mühasibat” ixtisasları üzrə təhsil alan tələbələrin peşə kompetensiyalarının formalaşmasında və karyera inkişafında önəmli rol oynadığını qeyd edib.

AccessBank QSC-nin təhsil və inkişaf meneceri Xumar Hüseynova, PR meneceri Ülviyyə Hüseynova, İT inkişaf departamentinin direktor müavini Fərid Heydərov və İnsan kapitalı departamentinin mütəxəssisi Rimma Cəfərova çıxış edərək, bankın dəyərləri və korporativ mədəniyyət haqqında ətraflı məlumat və ğurlu karyera qurmaq yolunda vacib addımların izahını veriblər, AccessBank-da işə qəbul prosesləri barədə danışıblar və tələbələri həyata keçirilən “İT yay məktəbi”nə qoşulmağa dəvət ediblər.

Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR