A

UNEC-in Türk Dünyası İqtisad Fakültəsində “COP 29 -Yaşıl dünya  və Azərbaycan” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan fakültə dekanı professor Mehmet Yüce mövzunun aktuallığından, ekoloji biliklərin təbliğindən, vətəndaş cəmiyyətinin inkişafında bu kimi məsələlərin xüsusi əhəmiyyətindən bəhs edərək, gənc nəslin tərbiyəsində ekoloji dünyagörüşün formalaşmasının, ətraf mühitin qorunmasının vacibliyini vurğulayıb. O, çıxışında ölkəmizdə COP29 tədbirlər planına uyğun aparılan genişmiqyaslı işlərdən, ətraf mühitin qorunması naminə ekoloji maarifləndirmə tədbirlərindən də bəhs edib.

Dekan müavini Cavahirxanım Məmmədova isə Azərbaycanda iqlim dəyişikliyinin təsirlərindən, bəşəriyyətə vurduğu ziyanlardan, bu sahədə görülən qabaqlayıcı tədbirlərdən danışıb. Ekoloji maarifləndirmə işlərinin gücləndirilməsində cəmiyyətin üzərinə düşən vəzifələrdən söz açıb.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.

TOP XƏBƏRLƏR