Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev ali təhsil müəssisələrində fəaliyyət göstərən tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri ilə görüş keçirib.
Görüşdə UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev də iştirak edib.
Görüş bu ilin sentyabr ayında Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” İstirahət Mərkəzində keçiriləcək “Sağlam insan və dayanıqlı gələcək” mövzusunda konfransa hazırlıq məqsədi ilə təşkil olunub.
Görüşdə A.Paşayev bildirib ki, gənclər siyasətinin ATİAHİ-nin əsas fəaliyyət istiqamətlərindən danışıb. O, gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların sağlam ruhda tərbiyə olunması, müasir düşüncə tərzinə malik layiqli vətəndaşlar kimi yetişməsi ilə bağlı müxtəlif layihələr reallaşdıracağını qeyd edib. “Sağlam insan və dayanıqlı gələcək” mövzusunda keçiriləcək konfrans da bu tədbirlərdən biri olacağını A.Paşayev görüşdə bildirib.
Sonda tədbir diskussiya şəklində davam etdirilib, THİK sədrlərinin təklifləri dinlənilib.