UNEC-in Türk Dünyası İqtisad fakültəsində COP29-a həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan “İqtisadiyyat və işlətmə” kafedrası müəllimi Vasif Əliyev COP29-u Azərbaycanın indiyədək ev sahibliyi etdiyi ən böyük tədbir adlandırıb. Tədbirdə Azərbaycanın COP29-un ev sahibi olaraq iqlim yönümlü, bərabər və dayanıqlı gələcəyə nail olunması istiqamətində aparıcı rolu, Şimal, Cənub, Şərq və Qərb arasında körpü rolu oynayaraq, qlobal istiləşmənin qarşısının alınması üzrə qlobal həmrəylik və birliyi təşviq etdiyini bildirilib.
Tədbirdə həmçinin iqlim maliyyələşməsinin COP29 sədrliyimizin prioritetlərindən biri olduğu qeyd ediblər.
Sonda tələbələrin sualları cavablandırılıb.