A

UNEC ilə Balıkəsir Universitetinin birgə təşkilatçılığı ilə Model COP konsepsiyası əsasında onlayn formatda simulyasiya tədbiri keçirilib.   

Təlimdə “Ekologiya” və “Ekologiya mühəndisliyi” üzrə təhsil alan tələbələr iştirak ediblər.

Təqdimatda  “Məsafədən Zondlama və Coğrafi İnformasiya Sistemlərinin köməyi ilə şəhər və kənd torpaqlarından istifadənin müvəqqəti dəyişmələrinin hesablanması” mövzusunda tələbələrə kompüter proqramları haqqında geniş məlumat verilib.

Sonra iştirakçılara iqlim dəyişikliyindən və təbiətin itirilməsində iqtisadi fəaliyyətin rolunu araşdırmağa kömək edən təqdimatlar keçirilib.

TOP XƏBƏRLƏR