Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində tələbələr üçün 2024-cü ilin noyabr ayının 11-dən 22-dək Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunan maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekan müavini dosent Azər Qarayev açaraq, COP29-un ölkə tarixində keçiriləcək ən böyük tədbir olması, Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsinin ölkəyə yerli, regional və beynəlxalq miqyasda çox böyük dividendlər qazandıracağından bəhs edib.
“Humanitar fənlər” kafedrasının baş müəllimi İbrahim Babayev “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində iqlim dəyişmələrinə uyğunlaşma və yumşaldılma sahəsində respublikamızda reallaşdırılan tədbirlər, işğaldan azad edilmiş ərazilər də daxil olmaqla bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində atılan addımlar, bu sahədə milli və regional səviyyədə əməkdaşlığın zəruriliyindən söz açıb.
Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.