A

Bu gün Yer üzünün üzləşdiyi ən böyük problem qlobal iqlim dəyişikliyidir.

Dünya İqlim dəyişikliyi, qlobal istiləşmə Yer üzündə təbii fəlakətləri artırır, canlıların həyat tərzinə mənfi təsir göstərir. Kosmik  müşahidələr göstərir ki, son illər isti külək, qasırğa, yağıntılar güclənib, eyni zamanda, sel, daşqın kimi hadisələrin sayı artıb.  Təbii fəlakətlərin baş verməməsi üçün iqlim dəyişikliyinin qarşısı alınmalı, bu istiqamətdə tədbirlər görülməlidir. Bunun üçün dünya dövlətləri (COP) iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişi qiymətləndirmək üçün hər il toplanır.  Fərəhli haldır ki, bəşəriyyət üçün vacib olan bu tədbir, COP29 bu il noyabrın 11-dən - 24 dək Bakıda keçiriləcək. COP29 konfransı həm də iştirakçı ölkələr üçün yeni  öhdəliklər götürmək və iqlim böhranını həll etmək və  konkret addımlar atmaq üçün bir fürsətdir.

Dünya iqlim dəyişikliyinə qarşı mübarizədə texnoloji irəliləyişlər mühüm rol oynayır.  Yeni texnologiyalar sayəsində karbon emissiyalarını azaltmaq və təmiz enerjidən istifadə etmək daha asan hala gəlib. Aşağıda texnologiyanın iqlim dəyişikliyinə qarşı mübarizədə əsas rolları bunlardır.

  • Günəş panelləri  külək turbinləri kimi bərpa olunan enerji mənbələri artıq çox yayılıb və fosil yanacaqlara alternativ kimi önə çıxır.
  • Karbon tutma sistemləri   fabriklərdən çıxan karbon qazını tutaraq onun atmosferə yayılmasını qarşısını alır, beləliklə də havanı təmiz saxlamağa kömək edir.
  • Enerji səmərəliliyi iqlim dəyişikliyinə qarşı mübarizədə həlledici rol oynayır. Məsələn, enerjiyə qənaət edən cihazlar və ağıllı istilik sistemlərindən istifadə edərək elektrik istehlakını minimuma endiririk və ətraf mühitə daha az təsir göstəririk. Az enerji sərf etmək, daha az karbon emissiyası deməkdir ki, bu da iqlim dəyişikliyinin qarşısını almağa kömək edir. Eyni zamanda, enerji səmərəliliyi gündəlik xərclərimizi azaldaraq həm maliyyə baxımından, həm də planetin uzunmüddətli sağlamlığı baxımından faydalıdır.
  • Elektrik nəqliyyat vasitələri ,  fosil yanacaqlarla işləyən ənənəvi avtomobillərə alternativ olaraq enerjini elektriklə təmin edir. Onlar ətraf mühit üçün daha əlverişlidir, çünki zərərli qaz emissiyaları yaratmır. Elektrik avtomobilləri və avtobusları karbon izini əhəmiyyətli dərəcədə azaldır və enerjidən daha səmərəli istifadə edir. Şəhərlərdə elektrik nəqliyyatının artması havanın keyfiyyətini yaxşılaşdırır və iqlim dəyişikliyi ilə mübarizədə mühüm töhfə verir.
  • İqlim modelləşdirmə və məlumat analitikası  və süni intellekt vasitəsilə iqlim dəyişikliyinin təsirlərini əvvəlcədən proqnozlaşdırmaq mümkündür. Bu texnologiyalar iqlim modellərinin təkmilləşdirilməsinə  və uyğunlaşma tədbirlərinin planlaşdırılmasına kömək edir..

Bu texnologiyalar planetimizi qorumaq üçün atılan vacib addımlardır. Onların sayəsində daha təmiz bir gələcək mümkündür.  Texnologiyalar olmasa, iqlim dəyişikliyinə qarşı mübarizədə bu qədər irəliləyiş əldə edə bilməzdik. Buna görə də, texnologiyanın sürətli inkişafı bizə gələcək nəsillər üçün daha yaşana bilən bir dünya yaratmağa imkan verəcək.

Biznes və menecment fakültəsinin
II kurs tələbəsi
Sürəyya Rəşidzadə

TOP XƏBƏRLƏR