A

UNEC-in Rus İqtisad Məktəbində "Sosial iş" fənni müəllimi, dosent Tahirə Kərimovanın təqdimatı ilə "Qadın hüquqları, emansipasiya, sosial rollar" mövzusunda seminar keçirilib.

T.Kərimova seminarda Azərbaycanda bu sahədə görülən çoxşaxəli işlər və tədbirlər haqqında danışıb.

O, qadınların təhsil, sağlamlıq hüquqlarının müdafiəsi, təmini və təbliği işinə geniş yer verilməsini, qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması və belə halların aradan qaldırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilməsindən söz açıb.

Sonda seminarda bu sahəyə aid sənədli filmə baxılıb, filmdə səsləndirilən gender aspektlərinə dair tələbələrlə müzakirə aparılıb.

TOP XƏBƏRLƏR