A

UNEC-in Türk Dünyası İqtisad fakültəsində COP29-a həsr olunan “İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda təqdimat keçirilib.

Tədbirdə “İqtisadiyyat və işlətmə” kafedrasının müəllimi Qurban Qurbanov və fakültənin dekan müavini Cavahirxanım Məmmədova çıxış edərək, Birləşmiş Millətlər İqlim Dəyişikliyi Çərçivə Konvensiyası, eləcə də COP tədbirləri barədə tələbələrə məlumat veriblər.

Eyni zamanda bu il ölkəmizdə keçiriləcək COP29 tədbiri çərçivəsində Azərbaycanın üzərinə düşən öhdəliklərdən və işğaldan azad olunmuş bölgələrin yaşıl zona elan edilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışıblar. 

TOP XƏBƏRLƏR