A

UNEC Zaqatala filialında "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar olaraq "Yaşıl inkişaf: innovasiyaların tətbiqi və iqtisadi siyasət" mövzusunda seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan tədris və elmi işlər üzrə direktor müavini dosent Həqiqət Qədimova, yaşıl dünya naminə keçirilən tədbirlərin əhəmiyyətindən danışaraq, COP29-un Azərbaycana keçirilməsinin ölkəmizin beynəlxalq məkanda nüfuzunun artmasının göstəricisi olduğunu vurğulayıb.

Seminarda Texniki və texnoloji bölmənin rəhbəri dosent Səfər Razıyev, İqtisadiyyat və idarəetmə bölməsinin müəllimi Zümrüd Kahayeva çıxışlarında iqlim dəyişməsinin ekologiyaya vurduğu ziyanlardan, yaratdığı fəsadlardan, eləcə də problemlərin həlli yolları barədə fikilərini tələbələrlə bölüşüblər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR