A

UNEC Türk Dünyası İqtisad fakültəsiində narkomaniya ilə mübarizə proqramı çərçivəsində "Narkomaniyaya yox deyək" adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan “İqtisadiyyat və işlətmə” kafedrasının müəllimi Nəriman Xanəhmədov narkotikin insan orqanizminə, sağlamlığa vurduğu zərərlərdən, ümumilikdə cəmiyyətdə törətdiyi sosial bəlalardan, həmçinin gənclərin zərərli vərdişlərdən qorunması, vətənpərvər ruhda böyüməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan söhbət açıb. Çıxışında narkomaniyanın cinayətkarlığa, zorakılığa yol açdığını, hazırda ciddi qlobal problemə çevrildiyini, narkotik vasitələrdən istifadə edən şəxslərin özlərini uğurlu gələcəkdən məhrum etdiklərini diqqətə çatdırıb. 

Tədbir narkotik vasitələrin yaratdığı fəsadlardan bəhs edən video-çarxın nümayişi ilə davam edib.

TOP XƏBƏRLƏR