UNEC-in Biznes və menecment fakültəsində COP29-a həsr edilən seminar keçirilib.
Seminarda dekan müavini i.f.d. Elbrus Əkbərov COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıb.
Sonra “Biznes və logistika” kafedrasının müəllimi i.f.d. Samirə Rüstəmova tələbələr qarşısında mövzu ilə bağlı təqdimatla çıxış edib. O, COP-un növbəti iclasının Azərbaycanda keçirilməsinin yaşıl və təhlükəsiz gələcək üçün xüsusi önəmini vurğulayıb. Azərbaycanın COP29 çərçivəsində karbon emissiyalarının azaldılması və bərpa olunan enerjiyə üstünlük verilməsi, iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq öhdəliklərin yerinə yetirilməsi kimi hədəflərinin qlobal ekoloji problemin aradan qaldırılması baxımından ciddi addımlardan olduğunu bildirib.
Sonda tələbələrin sualları cavablandırılıb.