Oktyabrın 23-də Qarabağın azadlığı uğrunda qəhrəmancasına döyüşmüş UNEC-in şəhid məzunu Mixail Həmidovun anım günü idi.
II Fəxri Xiyabanda dəfn olunan şəhid Mixayıl Həmidovun anım günündə Suraxanı rayon Yeni Azərbaycan Partiyasının sədri Vüqar Seyidov, Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndələri, və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədr müavini Gunay Ağazadə şəhidin məzarını ziyarət edərək, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Allah rəhmət eləsin!