UNEC-in Mühəndislik fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Sənayeləşmədə yaşıl texnologiyalar: reallıqlar və perspektivlər" adlı dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan fakültənin dekanı dos. Elçin Səmədov UNEC tədqiqatçılarının elmi sahədə əldə etdiyi uğurlardan və bu uğurların universitetə qazandırdığı töhfələrdən danışıb. O, tələbələrin elmə marağının artırılması və bu istiqamətdə aparllan stimullaşdırıcı tədbirlər barədə də gəncləri məlumatlandırıb.
Sonra tədbirdə iştirak edən AFE King Group MMC-nin icraçı direktoru Arifə Quliyeva, daxili nəzarət üzrə rəhbəri Əli Muradlı və digər əməkdaşları təşkilat haqqında məlumat verərək. Şirkətin reallaşdırdığı "Elmi araşdır" layihəsini tələbələrin diqqətinə çatdırıblar.
Sonda tələbələrin hazırladıqları elmi araşdırma mövzuları müzakirə edilib.