A

Rəqəmsal iqtisadiyyat fakültəsində “Narkomaniya “ağ ölüm”dür, həyatdan üz çevirməkdir mövzusunda tədbir keçirilib.

UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsində “Narkomaniya “ağ ölüm”dür, həyatdan üz çevirməkdir” mövzusunda tədbir keçirilib. Tədbirdə fakültə dekanı dosent Elman Cəfərov çıxış edərək, narkomaniya və onun satışı ilə məşğul olanlara qarşı dövlət tərəfindən aparılan məqsədyönlü tədbirlərdən söz açıb. O, narkomaniyanın müasir dövrdə bütün bəşəriyyəti narahat edən ciddi sosial bəla olduğunu diqqətə çatdırıb.

Tədbirdə iştirak edən Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Cavid Usubov, Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Proflaktiki İşin Təşkili Bölməsinin rəisi polis polkovnik-leytenantı Nəbi Nəcəfov, Yasamal rayon İH-nin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiyanın katibi Rasim Əliyev mövzu ilə bağlı çıxış edərək, narkomaniya və digər zərərli vərdişlərlə bağlı keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıblar.

Çıxış edənlər narkomaniyanın fəsadlarından söz açaraq, bu bəlanın insan sağlamlığına zərər vurmaqla yanaşı, bir çox hallarda cinayətlərə səbəb olduğunu diqqətə çatdırıblar. Narkomaniyaya və narkobiznesə qarşı mübarizənin yalnız dövlət orqanlarının deyil, eyni zamanda cəmiyyətin bütün təbəqələrinin birgə səyi ilə mümkün olduğunu vurğulayıblar.  Bu bəlanın qarşısını almaq, sağlam, güclü bir gələcək qurmaq üçün bütün imkanların səfərbər edilməsinin vacibliyini diqqətə çatdırıblar.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılmışdır.

TOP XƏBƏRLƏR