UNEC Türk Dünyası İqtisad fakültəsinin təşkilatçılığı ilə 9 Noyabr - Bayraq Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə dekan müavini Cavahirxanım Məmmədova və Dr. Maqsud Mirzəyev Azərbaycan bayrağının yaranma tarixi, ona verilən önəm və 9 noyabr tarixinin “Dövlət Bayraq Günü” kimi qeyd edilməsi barədə tələbələrə məlumat veriblər.
Sonra tələbələr Azərbaycan bayrağı və dövlət rəmzləri ilə bağlı düşüncələrini paylaşaraq, qarşılıqlı müzakirələr aparıblar.