A

UNEC-in Türk Dünyası İqtisad Fakültəsi ilə İqtisadçı Vətənpərvərlər Təşkilatının birgə təşkilatçılığı ilə 29 Oktyabr - Türkiyə Cümhuriyyətinin yaranmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbirdə fakültə dekanı Yusif Əliyev çıxış edərək, Cümhuriyyətin yalnız bir dövlətin tarixi uğuru deyil, eyni zamanda bütöv müsəlman Şərqinin çoxəsrlik tarixində dönüş yaratmış böyük hadisə olduğunu bildirib. O, ötən 101 il ərzində Türkiyənin zəngin inkişaf yolu qət etdiyini, böyük sosial-iqtisadi və siyasi inkişafa nail olduğunu, ölkənin hərtərəfli güclənib, regional və beynəlxalq məsələlərdə söz sahibinə çevrildiyini qeyd edib.

Çıxışdan sonra iştirakçılar Mustafa Kamal Atatürkə həsr olunan "10.yıl Nutku" sənədli filmini izləyiblər.

Tədbir fakültənin müəllimi dosent Aqil Məmmədov, İqtisadiyyat və İdarəetmə fakültəsinin II kurs tələbəsi Fateh Zərquliyevin Türkiyə Cümhuriyyətinin 101-ci ildönümü ilə bağlı çıxışları ilə davam edib.

Sonda isə Bakı-Atatürk liseyinin şagirdləri böyük coşqu ilə İzmir Marşını səsləndiriblər.

TOP XƏBƏRLƏR