A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Psixoloji Xidmət Mərkəzinin dəstəyi ilə “Maliyyə və mühasibat” fakültəsinin tələbələri üçün “Sağlam həyat naminə erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də yaratdığı fəsadlara və cəmiyyətə vurduğu ziyana görə erkən nikah məsələsinin dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qaldığını bildirib, erkən nikahların gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olduğunu qeyd edib və erkən nikahların qarşısının alınmasında təbliğat və maarifləndirmə işlərinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb.

Psixoloji Xidmət Mərkəzinin rəhbəri dosent Şəfahət Abdullayeva və psixoloq Mərziyə Əzməmmədova çıxış edərək, ölkə rəhbərliyi tərəfindən yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsinə xüsusi diqqət ayrıldığını bildiriblər, erkən nikahla və qohumlar arası nikahlarla mübarizə ilə əlaqədar həyata keçirilən tədbirlər, qanunvericilikdə nikah yaşı, erkən nikahın fəsadları, erkən nikaha məcbur edilən qızların gələcək ailə həyatlarında yaranan problemlər, onların fiziki və psixoloji vəziyyətlərinə göstərdiyi mənfi təsirlər, qohum nikahların səbəbləri, fəsadları, səbəb olduğu genetik xəstəliklər haqqında geniş məlumat veriliblər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışıblar.

Sonda mövzu ilə əlaqədar müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR