×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Could not delete folder. Path: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

UNEC-in Ümumi Fənlərin Tədrisinin Təşkili Departamenti (ÜFTTD), Biznes və menecment fakültəsinin birgə təşkilatçılığı ilə 12 Noyabr- Konstitusiya Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə ÜFTTD-nin direktoru dosent Gülnarə Rzayeva, Biznes və menecment fakültəsinin dekan müavini Elbrus Əkbərov“Humanitar fənlər” kafedrasının baş müəllimi İbrahim Babayev mövzu ilə bağlı çıxış edərək, Azərbaycan Respublikasının Konstitusiyasının yaranma tarixindən, ona müxtəlif dövrlərdə referendum yolu ilə edilən dəyişikliklərdən söz açıblar. Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq kimi vacib məsələlərin qoyulduğunu nəzərə çatdırıblar.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR