A

UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsində Konstitusiya Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə çıxış edən Rəqəmsal iqtisadiyyat fakültəsinin dekan müavini Ramal Cabbarov“Humanitar fənlər” kafedrasının dosenti Telman Niftəliyev 1995-ci il noyabrın 12-də xalqımız tərəfindən referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyasının yaranmasından danışıblar. Çıxış edənlər Konstutisiyanın qəbul edilməsində  müdrik dövlət xadimi Heydər Əliyevin tarixi xidmətlərindən söz açaraq, Əsas Qanunumuzun ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu üçün geniş imkanlar açdığını nəzərə çatdırıblar.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR