UNEC-in İqtisadiyyat və idarəetmə, Maliyyə və mühasibat, Mühəndislik, Biznes və menecment, Rəqəmsal iqtisadiyyat fakültələri, UNEC Biznes Məktəbi, Rus İqtisad Məktəbi və Dizayn Məktəbində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş xüsusi dərslər keçirilib.
Dərslərdə müəllimlər 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsi və Azərbaycan Ordusunun “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatı ilə cavab verməsi haqqında tələbələrə ətraflı məlumat veriblər. Müəllimlər müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm qalibiyyətimizin Zəfər tariximizə qızıl hərflərlə yazıldığını bir daha vurğulayıblar.
Xüsusi dərslər tələbələr tərəfindən böyük maraqla qarşılanıb.