Azərbaycan Dövlət Iqtisad Universitetinin (UNEC) Zaqatala filialında Zəfər Gününə həsr olunan "Zəfərin mübarək, Azərbaycan!" mövzusunda tədbir keçirilib.
Tədbirdən öncəsi şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Tədbirin açılında UNEC Zaqatala filialının direktoru dosent Raqif Qasımov Zəfər Gününün tarixi əhəmiyyətindən, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan bəhs edib.
Sonra filialının tədris və elmi işlər üzrə direktor müavini Həqiqət Qədimova, “İqtisadiyyat və idarəetmə” kafedrasının müəllimləri Qüdrət Qırtımov və Camal Arıxov çıxış edərək, Zəfər Gününün xalqımızın tarixindəki misilsiz yerindən söz açıblar. Onlar 44 günlük Vətən müharibəsinin yalnız hərbi uğur deyil, eyni zamanda milli birliyin, həmrəyliyin və gücün təcəssümü olduğunu vurğulayıblar. Müəllimlər bu böyük zəfərin həm də gənclər üçün bir örnək olduğunu, onların vətənə sevgi və fədakarlıq ruhunda tərbiyə olunmasının vacibliyini qeyd ediblər.
Tədbir çıxış edən şəhid anaları qələbənin əldə olunmasında övladlarının qəhrəmanlıq göstərmələrindən qürur duyduqlarını bildiriblər.
Tədbir bədii hissə ilə davam edib.