UNEC-in Zaqatala filialında 27- Sentyabr Anım gününə həsr edilən tədbir keçirilib.
Öncə Azərbaycan Respublikasının azadlığı və müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin açılışında filialın tədris və elmi işlər üzrə direktor müavini, dosent Həqiqət Qədimova çıxış edərək, 30 il işğal altında olan torpaqlarımızın qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olduğunu diqqətə çatdırıb. O, xalqımızın bir yumruq kimi Ali Baş Komanda cənab İlham Əliyevin ətrafında sıx birləşərək Vətən müharibəsində həmrəylik nümayiş etdirdiyini bildirib.
Sonra texniki və texnoloji bölmənin rəhbəri dosent Səfər Razıyev və tələbələr Anım Günü ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirdə 27- Sentyabr Anım gününə həsr edilmiş vidioçarx nümayiş olunub.