A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Dövlət Məşğulluq Xidməti və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə oktyabrın 27-də UNEC-in tələbə və məzunları üçün “Fərdi karyera konsultasiyaları” keçilib.

Fərdi karyera konsultasiyaları zamanı iştirakçılar peşə seçimi, karyera dəyişikliyi, şəxsi inkişaf, CV hazırlığı və vakansiyalara müraciət qaydaları barədə ətraflı məlumat alıblar. Təcrübəli mütəxəssislər hər bir iştirakçının fərdi olaraq karyera planlarını dəyərləndiriblər, onlara inkişaf yolları və atılacaq addımlarla bağlı tövsiyələr veriblər. Konsultasiya zamanı tələbə və məzunlara əmək bazarının trendləri və işə qəbul prosesində diqqət yetirilməli məqamlarla bağlı praktik məsləhətlər də təqdim edilib.

TOP XƏBƏRLƏR