A

UNEC Kitabxana-İnformasiya Mərkəzi və Rəqəmsal İqtisadiyyat fakultəsinin birgə təşkilatçılığı ilə “Elektron resurslardan istifadə bacarıqları” mövzusunda növbəti təlim keçirilib.

UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsinin dekan müavini Ramal Cabbarov keçirilən təlimlərin təhsilalanların mötəbər informasiya mənbələrinə və tədris materiallarına əlçatarlığının artırılmasında, eləcə də elmi tədqiqatların dəstəklənməsində səmərəli rol oynadığını diqqətə çatdırıb.

Sonra Əsaslı kitabxananın müdir müavini Yusif Musayev UNEC-in yenilənmiş elektron kitabxanası, elektron kataloqda effektiv axtarış üsulları, abunə olunmuş və açıq fəaliyyət göstərən elektron verilənlər bazaları, o cümlədən Emerald, EBSCOhost, Sciencedirect, EconBiz, DOAB və digər sistemlərdən istifadə imkanlarını əyani olaraq tələbələrə nümayiş etdirib.

Sonda interaktiv keçən təlimdə tələbələri maraqlandıran suallar cavablandırılıb.