UNEC İnnovativ Gənclər Təşkilatı və Azerbaijan Youth Marketers Association-ın birgə təşkilatçılığı ilə tələbələr və sahibkarlar arasında görüş keçirilib.
Tədbirdə “Arter” şirkətinin Biznesin İnkişafı üzrə mütəxəssisi Hacı Qafarov, “CityNet” şirkətinin satış rəhbəri Anar Verdiyev və “Mega Həyat” sığorta şirkətinin satış departamentinin rəhbəri İsmayıl Sadıqov tələbələrlə interaktiv söhbət aparıblar. Onlar iş həyatında təhsilin rolu, sahibkarlıq yolunda əsas mərhələlər və tələbəlik dövründə gələcək uğurlar üçün vacib olan soft skills-in inkişafı, eləcə də uğurun qazanılmasına təsir edən əsas faktorları, biznesdə innovasiya, yerli və xarici bazarlarda fürsətlərin dəyərləndirilməsi kimi mövzuları tələbələrə ətraflı izah ediblər.
Sonda aktivliyi ilə fərqlənən tələbələr müxtəlif simvolik hədiyyələrlə mükafatlandırılıb, bəzi iştirakçıların işlə təmin olunması üçün imkan yaradılıb.