A

Azərbaycan Dövlət İqtisad Universitetində UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialı tərəfindən “Milli Karyera Həftəsi”nin bağlanış mərasimi keçirilib. 

Bir həftə boyunca davam edən layihənin məqsədi müxtəlif konfranslar, seminar və vörkşoplar, iş müsahibəsi simulyasiyaları, konsultasiya xidməti, müxtəlif mövzularda təqdimatlar keçirməklə fərqli hədəf qruplarının karyera planlaması istiqamətində inkişaf etməsinə dəstək olmaqdır.

2-6 dekabr tarixində həyata keçirilən layihə çərçivəsində Mingəçevir və Gəncə şəhərlərində tələbələrlə seminarlar və peşəyönümü istiqamətində fərdi konsultasiyalar keçirilib, Sumqayıt Texnologiyalar Parkına 40 nəfərlik tələbə heyəti ilə təcrübə səfəri baş tutub. 3 dekabr Beynəlxalq Əlillər günü münasibətilə Bakı Slavyan Universitetində “Məqsədimiz, gücümüz, inkişafımız” mövzusunda təlim keçirilib. Təlimin əsas məqsədi əlilliyi olan şəxslərin karyera inkişafına dəstək vermək, onları motivasiya etmək və şəxsi inkişaf bacarıqlarını gücləndirməkdən ibarət olub.

Layihənin bağlanış mərasimində müxtəlif sahələr üzrə uğur qazanmış rəhbər şəxslər iştirak ediblər. “Bizi uğura aparan loyallıq, yoxsa dəyişkənlikdir?”, “Karyera və keyfiyyətli həyat”, “Mən missiyamı necə tapacam?” və s. kimi mövzularda çıxışlar edilib, sual-cavab sessiyası təşkil olunub.

Tədbirin sonunda spikerlər tələbələri maraqlandıran sualları cavablandırıblar.  

TOP XƏBƏRLƏR