A

Azərbaycan Dövlət İqtisad Universitetində UNEC Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, ictimai xadim və “Əməkdar Mədəniyyət İşçisi” Umud Mirzəyevlə görüş keçirilib.

Görüşdə ilk öncə Umud Mirzəyevin rəhbərlik etdiyi təşkilatın BAMF-in 32 illik fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub. Daha sonra U.Mirzəyev karyerasının başlanğıcından bu günə qədər əldə etdiyi uğurları, qarşıya çıxan çətinlikləri və onların öhdəsindən necə gəldiyini iştirakçılarla bölüşüb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR