2024-cü il noyabrın 11-12-də Bakı şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirakına görə UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin ( TUDİFAK) IV kurs tələbəsi Fuad Mansırlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.
Fakültənin dekanı Dr. Yusif Əliyev ”Təşəkkürnamə”ni təqdim edərək, təbrik edib.