UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində 20 Yanvar faciəsinin 35-ci ildömünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Fakültənin dekan müavini Rahim Mürsəlov tədbirdə çıxış edərək, 20 Yanvar hadisələrinin həqiqətləri, realıqları haqqında çıxış edib. R.Mürsəlov bildirib ki, 20 Yanvar təkcə matəm günü deyil, həm də tariximizin ən qürurverici səhifələrindən biridir.
Tədbirdə 20 Yanvar hadisələrindən bəhs edən videoçarx nümayiş olunub.
Sonda fakültənin tələbələri şeirlər səsləndiriblər.