UNEC İnnovativ Gənclər Təşkilatının (İGT) idarə heyətinin üzvləri ilə görüş keçirilib.
Təşkilatın sədri Samir İsmayılzadə təşkilatın üzvlərini Gənclər Günü münasibətilə təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Görüşdə təşkilatın fəaliyyəti və gələcək layihələr, xüsusilə də TEDxUNEC tədbirinin icra vəziyyəti barədə də ətraflı fikir mübadiləsi aparılıb.
Sonda İGT-nin fəaliyyətində fərqlənən təşkilat üzvlərinə Gənclər Günü münasibətilə "İlin fəalı" sertifikatları təqdim olunub.