UNEC-in nəzdində olan Sosial-İqtisadi Kollecində Bakı 20 saylı mediasiya təşkilatının rəhbəri Nicat İsmayılov və təşkilatın mediatoru Səltənət Həsənova “Mediyasiya nədir?” mövzusunda təlim keçiriblər.
Təlimdə “Mediasiya nədir?”, “Mediasiya münaqişənin həllinə necə kömək edir?”, “Kim mediator ola bilər?” mövzularda suallar cavablandırılıb. Mediasiya Şurasının üzvləri çıxışlarında günümüzdə mediasiyanın rolu və əhəmiyyəti mövzusunda məlumat verib, tələbələrlə müxtəlif mövzular müzakirə edilib və tələbələri maraqlandıran suallar cavablandırılıb.
Sosial-İqtisad Kollecinin direktoru Şəhriyar Laçınov çıxışı zamanı Mediasiya Şurası və Kollec arasında olan əməkdaşlığın əhəmiyyətini vurğulayıb.