A

Biznes və menecment fakültəsində Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vüqar Ağayevin rəhbərliyi ilə həmin idarənin əməkdaşlarının birgə iştirakı ilə narkomaniya, dini radikalizm və kibercinayətlər mövzularında maarifləndirici tədbir keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd, cəmiyyətdə qarşılaşılan aktual problemlərin təsirini anlamaq və onların qarşısının alınması yolları haqqında tələbələr məlumatlandırmaq olub.

Fakültənin dekanı dosent Mirağa Əhmədov çıxışında, tələbələrə narkomaniya, dini radikalizm və kibercinayətlər kimi aktual problemlərin cəmiyyətdə ciddiliyini vurğulayıb.

Sonra Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vüqar Ağayev narkomaniya, dini radikalizm və kibercinayətkarlıqla mübarizə haqqında tələbələr qarşısında ətraflı çıxış edib.

Sonda, tələbələrə vətəndaşlara qarşı kiber üsulla törədilən cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirləri haqqında broşurlar paylanılıb.

TOP XƏBƏRLƏR