A

UNEC-də Karyera mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində IV "TUSİ" İnkubasiya proqramı ilə bağlı infosessiya keçirilib.

Tədbirdə tələbələrə yeni inkubasiya proqramı, təcrübə proqramları, işəqəbul prosesi barədə ətraflı məlumat verilib.

İnfosessiya tələbələrin suallarının cavablandırılması ilə yekunlaşdırılıb.

TOP XƏBƏRLƏR