Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadçı Vətənpərvərlər Təşkilatının (UNEC İVT) və Türk Dünyası Gənclər Təşkilatının (UNEC TDGT) rəhbərliyi ilə "Konstitusiya və suverenlik ili"nə həsr olunmuş Azərbaycan Respublikasının Ali Məhkəməsinə ekskursiya təşkil edilib.
Ekskursiya zamanı öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, Ümummilli Liderin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.
Daha sonra Ali məhkəmənin şöbə müdirləri ilə görüş keçirilib. Görüş zamanı ümumi məhkəmə prosesləri haqqında məlumat verilib və tələbələrin sualları cavablandırılıb. Sonra tələbələr üçün Ali Məhkəmədə infotur təşkil olunub. Tələbələr Ali Məhkəmənin muzeyi, kitabxanası və digər zallarla tanış olublar.