UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsində abituriyentlər üçün “Açıq qapı” günü keçirilib.
“Açıq qapı”da fakültə dekanı dos.Elman Cəfərov abituriyentlərə ixtisaslar, təqaüd imkanları, ikili diplom və mübadiblə proqramları, elektron tədris prosesi və digər təhsil imkanları barədə məlumat verib, həmçinin onları maraqlandıran sualları cavablandırıb.
Abituriyentlər 3 saylı tədris binasındakı laboratoriyalarla, auditoriyalarla, kitabxana, idman zalı və digər infrastrukturla tanış olublar.