UNEC-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatı tərəfindən tələbələr üçün məlumatlandırıcı görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan, Tələbə-rektoru Nihad İsgəndərov tədbir barədə tələbələri ətraflı məlumatlandırıb. O, həmçinin təşkilatın məqsədi, strukturu, missiyası, tələbələr üçün mövcud imkanlar barədə danışıb.
Sonra 4 komanda olmaqla 16 nəfərdən ibarət Böhran oyunu keçirilib. Qarşıya qoyulmuş situasiya əsasında müvafiq problemin həllinə dair tələbələrin fikirləri səsləndirilib.