A

UNEC-in 95 illik yubileyi ilə Tədbirlər Planının “95 illik yubileyə 95 xeyirxah iş” bəndinə müvafiq olaraq “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının əməkdaşları I Qarabağ müharibəsi qazisi, mərhum Məhəbbət Gülhəsənovun ailəsini ziyarət ediblər.

Ziyarətdə kafedranın müəllimləri, ixtisas rəhbəri dos. Təranə Əliyeva, dos. Sevda Hacızadə və baş müəllim Könül Mirzəmmədova iştirak ediblər. Universitet nümayəndələri Cavid Mustafayevin və digər igid oğullarımızın torpaqlarımızın azad olunması istiqamətində göstərdiyi qəhrəmanlıq və vətənpərvərlikdən bəhs edərək, onların ömür yolunun hər bir gənc üçün vətənpərvərlik məktəbi olduğunu qeyd ediblər.

Görüş zamanı Məhəbbət Gülhəsənovun  ailəsinin  qayğıları ilə maraqlanılıb, ailəyə hədiyyələr və sovqatları təqdim olunub.

TOP XƏBƏRLƏR