A

Azərbaycan Satış Məktəbi UNEC-də Rus İqtisad Məktəbinin tələbələri üçün infosessiyası keçirib.

Tədbirin təşəbbüskarı və əsas təşkilatçısı, "Tətbiqi iqtisadiyyat" kafedrasının "Beynəlxalq ticarət və logistika" ixtisasının rəhbəri Mehriban Səmədova olub.

Görüş zamanı iştirakçılara şirkətin  beynəlxalq ticarət və logistika, layihə idarəetməsi, marketinq və satış sahələrində keçirdiyi təlimlər barədə ətraflı məlumat verilib. İnfosessiyada mütəxəssis təlimçilər tərəfindən real biznes nümunələri əsasında tələbələrə həm nəzəri biliklər, həm də praktiki bacarıqlar qazandırılıb.

İnteraktiv keçən tədbir iştirakçılar arasında böyük maraq doğurub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay