UNEC-in “İqtisadiyyat” kafedrasının müdiri, dos. Suqra Hümbətovanın təşəbbüsü ilə kafedranın proqram rəhbərləri Novruz bayramı ərəfəsində II Qarabağ müharibəsində şəhid olmuş Xəyal Aslanovun ailəsini ziyarət ediblər.
Ziyarət zamanı müəllimlərimiz şəhidin həyat yoldaşı Nərmin xanımla şəhidin şərəfli həyat yolu haqqında söhbət etmiş, azyaşlı övladları Uğur və Umudun təhsili ilə yaxından maraqlanıblar.
UNEC kollektivi şəhidlərimizin qəlblərdə əbədi yaşayacağını bildiriblər, onların adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin borcu olduğunu vurğulayıblar.