×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Failed deleting index.html


A

UNEC-in 95 illik yubileyi ilə bağlı tədbirlər planına uyğun olaraq, Mühəndislik fakültəsinin “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müəllimləri və tələbələr 95 xeyirxah iş aksiyası çərçivəsində Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq sığınacağında olublar.

Ziyarət zamanı müəllim və tələbələr sığınacaqda yaşayan uşaqları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək, onlara müxtəlif hədiyyələr təqdim ediblər. Həmçinin Novruz bayramının məşhur personajları olan kosa ilə keçəlin ifa etdikləri şeir, musiqi və bir-birindən maraqlı Novruz səhnəcikləri proqrama  xüsusi rəng qatıb.

Tədbirdə uşaqlara yüksək bayram əhval-ruhiyyəsi bəxş edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay